"Üzərimə benzin səpib od vurdu" - Gəncədə yandırılan şəxs danışdı


18:31     13 İyun 2018 intihar%20yandir.jpg

Gəncə sakinin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.


Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov əl və ayaq nahiyələrinin yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. F. Əmiraslanovun dediyinə görə, o işlədiyi dükanda olan zaman bir nəfər onun üzərinə benzin səpərək od vurub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Gəncə   #polis   #Cinayət   #Dükan  

Oxunub: 3316