Gömrükdə 5 tona yaxın narkotik aşkar edilib


19:49     13 İyun 2018 2018/06/narko-1528889258_1528891078.jpg

“2016-cı ildən bu günə qədər gömrük sahəsində 19 min 346 hüquq pozuntusu halı aşkarlanıb. Onların əksəriyyəti inzibati xətalardır”


Femida.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarda deyib.

G.Muradlı qeyd edib ki, Komitə bu ilin ilk 5 ayı ərzində 4 ton yarıma yaxın narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısını alıb: “Bunun 1,87 tonu yarımsintetik narkotik vasitə hesab edilən heroin olub. 1 kq heroindən 10 min doza əldə edilə bilər. Bu isə 3-4 milyon insanı narkotik maddə istifadəçisinə çevirə bilər. Hazırda ölkədə rəsmən 30 mindən çox narkotik vasitə istifadəçisi var. Amma real rəqəmin 6-10% çox olduğu bildirilir".

G.Muradlı insanların qanunsuz narkotik vasitə dövriyyəsi üçün ağlagəlməz daşınma vasitələrindən istifadə etdiklərini də vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1318