Boya sexindəki yanğın söndürüldü - Yenilənib


22:50     13 İyun 2018 femida%20yangin8.jpg


Binəqədi rayonunda sexdə baş vermiş yanğın söndürülüb.
Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğın məhdudlaşdırılıb.

Ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #FHN   #Yanğın   #Binəqədi  

Oxunub: 2130