Mətbuat Şurasından daha bir sayta xəbərdarlıq
20:38 13 İyun 2018
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Şuradan Femida.az-a verilən məlumata görə, iclasda ilk olaraq, Beyləqan rayon Təhsil Şöbəsinin bir qrup əməkdaşının “cianews.info” saytına qarşı şikayətinə baxılıb. Komissiya üzvləri məsələnin daha detallı araşdırılmasını məqbul biliblər.
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədri Bəxtimşah Tağıyevanın bir qrup saytlara qarşı müraciətini araşdıran komissiya üzvləri şikayətçi tərəfin öz şikayətini əsaslandırmaq üçün yetərli arqument gətirə bilmədiyini bildiriblər.
Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Könül Şahmalı qızı Abbasovanın “xeberekspress.az” saytının keçmiş əməkdaşı Akif Cəfərova, “doğruxeber.az” və digər saytlara qarşı şikayətinə baxan komissiya üzvləri qərara gəliblər ki, məsələ daha geniş kontekstdə MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılsın.
Bakı şəhər sakini Allahverdi Mirzəyevin “Dəryaz.az” saytına qarşı müraciətinin müzakirəsi zamanı rəyə gəlinib ki, xəbər saytı Peşə davranış qaydalarının balans və oyektivlik prinsipini pozub. Sayta xəbərdarlıq edilib.
Femida.az
Oxunub: 1384
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Mətbuat Şurası DSX-ni jurnalistə güc tətbiq edən əməkdaşı barəsində ölçü götürməyə çağırıb
- Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib
- Mətbuat Şurası beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət edib
- Mətbuatın 145 illiyinə həsr olunmuş vebinar keçirilib
- Mətbuat işçilərinə Prezidentin fərdi təqaüdü verilib
- Mətbuat Şurası həftəsonu qadağası ilə bağlı jurnalistlərə müraciət etdi
- Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
- Mətbuat Şurası KİV-lərə müraciət edib
- Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb