Cərimə meydançasından buraxılış vərəqəsi ləğv edildi


20:53     13 İyun 2018 18_06_13_1528894480.jpg


Cərimə meydançasından avtomobil buraxılan zaman buraxılış vərəqəsinin tələb edilməsi ləğv olunub.

Femida.az Avtostop-a istinadən xəbər verir ki, bu günə qədər avtomobilini cərimə meydançasından çıxaran sürücü, DYP-yə gedib buraxılış vərəqəsini almalı idi.

Yeni qaydalarla artıq buna ehtiyac olmayacaq.

Xatırladaq ki, 5 iyun 2018-ci il tarixində DİN naziri Ramil Usubovun qərarı ilə “Yol Patrul Xidməti Haqqında” təlimata dəyişiklik edilib.



Femida.az

Açar sözlər: #Cərimə_meydançası#buraxılış   #vərəqəsi   #ləğv  

Oxunub: 2068


Oxşar xəbərlər