Gürcüstan tərəfi passivdi - Xələf Xələfov

Gürcüstan tərəfi passivdi - Xələf Xələfov

18:07     13 İyun 2018 xelef%20xlefov.jpg

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prosesdir, mütəmadi aparılır. Birinci mərhələdə 70 km, ikinci mərhələdə 60 km sərhəd xətti demarkasiya edilib, nişanlar qoyulub. Bu şəkildə irəliləyirik. İşçi qrupları vaxtaşırı görüşür, ehtiyac olanda sərhəd zonalarına gedir".


Bunu Femida.az-a açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

X. Xələfov bildirib ki, ehtiyac yarandıqda, demarkasiya komissiyasının iclası keçirilir, lazımi sənədlər təsdiq olunur: "Ola bilsin ki, bu ilin sonuna kimi görüş keçirilsin".

Nazir müavini Gürcüstanla sərhədlərin delimitasiyası prosesinin isə nisbətən passiv aparıldığını deyib: "Lakin ümidimiz var ki, Gürcüstan tərəfi bu işi fəallaşdıracaq. Biz bütün səviyyələrdə - həm ekspertlər, həm də komissiya səviyyəsində görüşə hazırıq. Lazım olan mesajlar da Azərbaycan tərəfindən göndərilib.

Gürcüstan tərəfinin reaksiyasına uyğun olaraq işləri davam etdirməyə hazırıq.

Komissiyanın iclasının keçiriləcəyi ilə bağlı isə hələlik konkret tarix yoxdur".

Femida.az

Açar sözlər: #Gürcüstan   #Xələf-Xələfov  

Oxunub: 985