Bakıdakı bu yol istifadəyə verildi


22:53     13 İyun 2018 18_06_13_1528896785.jpg


Nəsimi rayonunda Təbriz küçəsinin ardınca Salatın Əsgərova küçəsinin də bir hissəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.

Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. O, bildirib ki, Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi və Azadlıq prospektləri arasında yerləşən 300 metrlik hissəsi artıq istifadəyə verilib.

"Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün və kommunikasiya xətlərinin çəkilişindən sonra yolun hərəkət hissəsində qabarma və dağılmalar yaranmışdı. Bu isə hərəkətdə müəyyən çətinliklərə gətirib çıxarırdı. Küçənin təmiri ilə bu nöqsanlar aradan qaldırılıb. Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 4 minə yaxın kv.m sahəni əhatə edib. Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına isə 600 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb" deyə Nəcəfli bildirib.

Təmir işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yolgöstərici və yolcizgi xətləri, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq küçə müasir görkəmdə sürücülərin istifadəsinə verilib.

Femida.az

Açar sözlər: #Bakı   #yol  

Oxunub: 1686