DÇ-2026-ya ev sahibliyi edəcək ölkələr müəyyənləşdi

DÇ-2026-ya ev sahibliyi edəcək ölkələr müəyyənləşdi

17:47     13 İyun 2018 18_06_13_1528897679.jpg


2026-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyən edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, qərar bu gün Moskvada keçirilən FİFA-nın 68-ci konqresində verilib.


Çempionatın ev sahibliyi üçün iki namizəd yarışıb. Mərakeş ABŞ-Kanada-Meksika “üçlüyü” ilə mübarizə aparıb.

Səsvermə nəticəsində yarışın ABŞ, Kanada və Meksikanın birlikdə təşkil etməsinə qərar verilib. "Üçlük" 134 səs toplayıb. Mərakeşə 65 səs verilib. Bir nəfər bitərəf qalıb.

Dünya çempionatları tarixində ilk dəfədir ki, yarışı üç ölkə birdən təşkil edir. ABŞ və Meksikanın dünya çempionatına ev sahibliyi etməkdə təcrübələri var. ABŞ 1994-cü ildə, Meksika isə 1970 və 1986-cı illərdə mundialı qəbul edib.

Qeyd edək ki, 2026-cı ildə dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

2018-ci ildə dünya çempionatı Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.

Femida.az

Açar sözlər: #futbol   #idman   #dünya  

Oxunub: 1001