Hollandiyada "Məhəmməd karikaturası" müsabiqəsi keçiriləcək


22:27     13 İyun 2018 2018/06/1528890342_1528897889.jpg

Hollandiyadakı ən böyük müxalifət partiyası olan sağçı "Azadlıq Partiyası"nın lideri Gert Vilders partiyasının Hollandiya Parlamentindəki ofislərində Hz. Məhəmməd peyğəmbərin karikaturası müsabiqəsi keçirəcək.



Vilders dünən sosial media hesabından müsabiqə üçün təhlükəsizlik rəsmilərindən lazımi icazə aldıqlarını bu ifadələrlə bildirib:

"Hollandiya Terrorla Mübarizə Təşkilatı (NCTV) "Azadlıq Partiyası"nın Hollandiya Parlamentindəki etibarlı ofislərində bu ilin sonlarına doğru "Məhəmməd karikaturası" müsabiqəsi keçirməsinə yaşıl işıq yandırdı".

Daha əvvəl də İslam dinini ələ salan bir çox tədbir və sərgidə iştirak edən Vilders son olaraq 2015-ci ildə Texasda bir karikatura yarışmasına qatılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1465