Erməni qəzeti Ermənistanı biabır etdi


20:23     29 Sentyabr 2015 Agos-gazetesi.jpg

Azərbaycan ordusunun erməni hərbi birləşmələrinin mövqelərinə endirdiyi zərbələrdən qorxuya düşən İrəvan ümidini Ermənistandakı yezidi kürdlərə bağlayıb.


Femida.az xəbər verir ki, Ermənistanda fəaliyyət göstərən “Sincar Yezidi Milli Birliyi” adlı təşkilat cəbhə xəttində ermənilərin təxribatlarına şiddətli cavab verən Azərbaycan ordusunun əməliyyatlarına etiraz bəyanatı yayıb.

Türkiyədə nəşr olunan erməni qəzeti “Agos”da dərc olunan bəyanatda yezidi kürdləri Azərbaycanı terror törətməkdə ittiham edib.

Bəyanatda yezidilər Azərbaycanı hədələyib və beynəlxalq ictimaiyyətə müraciət edərək, “Azərbaycanı dayandırın, əks təqdirdə, bu ölkəyə qarşı hücum edəcəyik” deyə bildiriblər.

Yezidilər könüllü şəkildə Azərbaycana qarşı ermənilər tərəfindən döyüşəcəklərini də bəyan ediblər.

Qeyd edək ki, yezidilər kürdlərin müsəlman olmayan hissəsidir. Bu gün onların PKK-nın tərkibində döyüşdüyü təsdiq olunmuş faktdır. Həmçinin yezidilər vaxtilə Ermənistanın ASALA kimi terror təşkilatlarında da fəaliyyət göstərib. Dünyanın müxtəlif yerlərində yaşayan yezidilər Ermənistanda da az sayda var. 2011-ci ilin statistikasına görə, düşmən ölkə əhalisinin 1,2 faizi yezidilərdir. Onların əsas hissəsi Armavir və Araqatosn vilayətindəki 30 dağlıq və dağətəyi kənddə məskunlaşıblar. Onlar Qarabağ müharibəsində Azərbaycana qarşı da döyüşüblər. Bir müddət öncə Qarabağda döyüşən yezidi kürdlərin fotosu da yayılmışdı.

Açar sözlər:

Oxunub: 2330