"28 Mall"un yaxınlığında meyit tapılıb


00:39     14 İyun 2018 korpe_meyiti42.jpg

Bakı şəhərində ölüm faktı qeydə alınıb.


Femida.az -ın məlumatına görə, şəhərin mərkəzində, "28 Mall" ticarət mərkəzinin yaxınlığında naməlum kişi meyiti tapılıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, 60-65 yaşlı kişi ürək çatışmazlığından dünyasını dəyişib. Onun meyiti morqa aparılıb. Hələlik kimliyi müəyyən edilməyib.

Açar sözlər:

Oxunub: 1525