“Ermənistan prezidentinin Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır”
01:57 14 İyun 2018
Ermənistan prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Bunu Femida.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan cəhdindən başqa bir şey deyil.
“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları, o cümlədən qondarma rejimin danışıqlarda iştirak etməsi barədə əsassız iddiaları ilə Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində tamamilə maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir”, deyə H.Hacıyev vurğulayıb.
XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyinin yürütməkdə davam etdiyi siyasət regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur: “Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.
Oxunub: 1470
Oxşar xəbərlər
- Səfir: “Ermənistan Qarabağda çoxsaylı mina sahələri yaradıb”
- Rusiyalı politoloq: “Ermənistanın danışıqları uzatması özünə zərər vurur”
- KTMT: “Ermənistan-Azərbaycan sərhədindəki gərginlik siyasi və diplomatik yolla həll edilməlidir”
- XİN: “Ermənistanın silahlandırılması cəhdlərinə son qoyulmalıdır”
- Baş prokuror: “Ermənistanın cinayətləri ilə bağlı sübutların toplanması davam edir"
- Baş prokuror: “Ermənistanın cinayətləri ilə bağlı kifayət qədər sübutlarımız var"
- XİN başçısı: “Ermənistanla sivil qaydada münasibətlərin normallaşmasının tərəfdarıyıq”
- “Ermənistan hərbi cinayətlərinə görə məsuliyyət daşıyır” - XİN rəsmisi
- “Ermənistanın yeni hakimiyyəti çox böyük səhv etdi” - İlham Əliyev
- “Ermənistanın cinayətləri ilə bağlı 70-dən çox cinayət işi başlanılıb” - Baş Prokurorluq