83 min şagird üçün “Son zəng” çalınır

83 min şagird üçün “Son zəng” çalınır

09:00     14 İyun 2018 2018/06/sonzeng_1528953552.jpg


Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq.


Femida.az bildirir ki, "Son zəng" 2016-cı ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir.

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu gözlənilir.

Femida.az

Açar sözlər: #Məktəb   #Təhsil   #Şagird  

Oxunub: 2161