Düşmən iriçaplı pulemyotlara əl atdı - Cəbhədə SON VƏZİYYƏT
13:33 14 İyun 2018
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 82 dəfə pozub.
Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 2776
Oxşar xəbərlər
- Goranboy sakininin avtomobilini qaçıran şəxslər saxlanılıb
- Goranboy sakini intihar edib
- Prokurorluq: Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- Xaçmazda oğurluq edən Goranboy sakinləri saxlanılıblar
- Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ
- Goranboy sakini minaya düşüb
- Goranboy sakininə qarşı dələduzluq edilib
- Goranboy sakini avtomobillə qohumunu qəsdən vuraraq qətlə yetirib
- Goranboy sakinini peyvəndlənmiş şəxs kimi qeydə alan tibb bacısı cəzalandırılıb
- Goranboy sakinində narkotik aşkarlanıb