Dünya çempionatı başlayır


14:14     14 İyun 2018 18_06_14_1528956933.jpg


Bu gün futbol üzrə 21-ci dünya çempionatına start veriləcək.

Rusiyada təşkil olunan mundial 1 ay davam edəcək.

Yarışın ilk günü üçün bir görüş nəzərdə tutulub. A qrupunda meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. “Lujniki” stadionunda keçiriləcək mundialın ilk matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bundan yarım saat əvvəl isə dünya çempionatının rəsmi açılış mərasimi start götürəcək.

Qeyd edək ki, A qrupunun digər oyununda sabah Misir və Uruqvay mililəri üz-üzə gələcək.


14 iyun, 1-ci tur
A qrupu

19:00. Rusiya – Səudiyyə Ərəbistanı

Femida.az

Açar sözlər: #dünya   #futbol   #DÇ   #Rusiya   #idman  

Oxunub: 1443