Polis mayoru intihar etdi


16:07     12 May 2015 e86eb0f8.jpg

Gəncə şəhərində intihar hadisəsi baş verib



Mayın 11-də günorta saatlarında Gəncə şəhərində 1964-cü il təvəllüdlü Mahal Mikayılov qol damarlarını kəsərək özünə qəsd edib. Meyit Yeni Gəncə yaşayış massivinin ərazisində yerləşən yanacaqdoldurma məntəqələsində aşkar olunub. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomoya birliyinin Gəncə şəhər şöbəsində aparılıb, müayinə olunaraq aiddiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, intihar etmiş şəxs Gəncə şəhər baş polis idarəsinin dəftərxanasında işləyib, mayor rütbəsi daşıyıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi qaldırılıb, intiharın səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 941