Trampın Nobel mükafatına namizədliyi təklif edilib


14:34     14 İyun 2018 tramp%20(1).jpg

Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair sazişə verdiyi töhfəyə görə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi təklif edilib.



Femida.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi xəbərə görə, bu təşəbbüslə Norveç Tərəqqi Partiyasının iki üzvü çıxış edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ evə gələndən 9 ay sonra Nobel sülh mükafatına layiq görülmüşdü. O, beynəlxalq diplomatiya və xalq arasında əməkdaşlığın gücləndirilməsi üçün müstəsna səylərinə görə mükafatlandırılmışdı.

Femida.az

Açar sözlər: #Tramp   #Namizəd   #Nobel  

Oxunub: 1787