Metro gücləndirilmiş iş rejiminə keçir


14:46     14 İyun 2018 metro7.jpg

"Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.


QSC-dən Femida.az-a verilən məlumata görə, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Ramazan bayramı və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə elan edilmiş 5 qeyri-iş günü ərzində gücləndirilmiş iş rejiminin tətbiqi ilə bağlı əmr imzalayıb.

“Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

Femida.az

Açar sözlər: #Metro   #Bakı  

Oxunub: 2106