"Kredit faizləri ilə bağlı vəziyyət mürəkkəbdir" - Elman Rüstəmov
15:02 14 İyun 2018
"Azərbaycanda kredit faizləri ilə bağlı vəziyyət mürəkkəbdir".
Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır.
"Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır. Kreditlərə olan tələb və təklif nisbətini müəyyənləşdirilməlidir. Mən burada sağlam tələb və təklifi nəzərdə tuturam. Bilirsiniz ki, bank sektoru kredit verəndə risklərini qiymətləndirmək istəyir. Makroiqtisadi sabitlik siyasəti, monetar şəraitin normallaşdırılması tədbirləri davam etdiriləcək. Müvafiq qurumlarla birlikdə kreditlərin eko sistemi və risklərin aradan qaldırılması istiqamətində addımlar atmalıyıq. Bundan sonra yaxın gələcəkdə biz kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması, xüsusilə bazarın təklif etdiyi ipoteka kreditləri üzrə faiz dərəcələrinin birrəqəmli səviyyəyə düşməsindən daşına bilərik. Bunun üçün çox işlər görməliyik", - deyə E.Rüstəmov vurğulayıb.
Femida.az
Oxunub: 2201
Oxşar xəbərlər
- Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək
- Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər
- Dövlət xəttilə verilən ipotekaların sayı 35 mini ötüb
- Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 2 dəfədən çox artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- Ombudsmandan “ipoteka” təklifi
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
- İndiyədək 31 mindən çox ipoteka krediti verilib
- Ötən il dövlət 257,5 milyon manat ipoteka krediti verib