Azərbaycan əhalisinin sayı açıqlandı


16:13     14 İyun 2018 Baki%20(2)_50QCENAT1.jpg


Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25 018 nəfər artaraq, 2018-ci il may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Femida.az

Açar sözlər: #Azərbaycan   #əhali   #statistika  

Oxunub: 1589