Azərbaycanda qəribə hadisə:Çaydan xeyli pasport tapıldı


16:31     14 İyun 2018 2018/06/1528964225_2_1528965305.jpg

İmişlidə çaydan çoxlu sayda ümumvətəndaşlıq pasportu tapılıb.


Femida.az apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Sarıxanlı kəndində yeniyetmələr Araz çayının qolu olan Boztəpə çayında çimərkən sellofan torba tapıblar. Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbada Azərbaycan vətəndaşlarına məxsus 57 ədəd ümumvətəndaş pasportları aşkar edilib.

Pasportların Şəki, Zaqatala və Balakən sakinlərinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 3022