Binəqədinin yeni icra başçısı haqqında bilinməyən - Faktlar


17:14     14 İyun 2018 18_06_14_1528967120.jpg


6 iyun tarixində prezident sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinə başçı təyin edilən Elxan Allahverdiyevlə bağlı bilinməyən məqamlar məlum olub.

Allahverdiyev Elxan Şamil oğlu 15 iyun 1960-ci il tarixdə Bakı şəhərində anadan olub.

1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspiranturasını bitirib. Əmək fəaliyyətinə 1984-cü ildə başlayıb və həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.

1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firmasında kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyəti sədrinin müavini, 2017-ci ildə “Kontinent İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Xatırladaq ki, E.Allahverdiyevlə bağlı indiyə qədər təkcə onun "Kapital Bank"ın idarə heyətinin sədri Elşən Allahverdiyevin qardaşı olması məlum idi./axar.az

Femida.az

Açar sözlər: #Binəqədi   #icra_başçısı  

Oxunub: 5281