Ermənistanın müdafiə naziri Ohanyanı "satdı"


17:56     14 İyun 2018 18_06_14_1528967229.jpg

Ermənistanın hazırkı müdafiə naziri David Tonoyan orduda irimiqyaslı qanun pozuntuları və korrupsiya hallarından xəbərsiz olduğunu bildirib.


Femida.az AzVision.az-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin təchiz olunması üçün dövlət sifarişlərinin icrası və ordunun hərbi-texniki ehtiyacını ödəmək adı ilə 2014-2017-ci illərdə Müdafiə Nazirliyinin bir sıra keçmiş vəzifəli şəxslərinin irimiqyaslı korrupsiya əməli ifşa olunub. Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin istintaq idarəsi Müdafiə Nazirliyinin bir sıra sabiq və hazırkı yüksək vəzifəli şəxslərini istintaqa cəlb edib. Onların sırasında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan da var.

Qeyd olunub ki, 2016-cı ilədək Ohanyanın birinci müavini olan, indiki müdafiə naziri David Tonoyan, ordudakı qalmaqallı korrupsiya işində adının hallanmaması üçün hətta korrupsiya faktlarının aşkar olunduğu sahələrin onun səlahiyyət dairəsində olmadığını deyib. “Qanun pozuntularının aşkarlandığı istiqamətlərin birinci müavinə aidiyyatı yox idi. İndi mən bu məsələləri diqqətlə izləyirəm. Xüsusi tapşırıqlar verilib, yeni nazir müavinləri təyin olunub, tezliklə nazirlikdə dövlət satınalmaları departamentinə rəis təyin ediləcək. Başlıca vəzifəmiz korrupsiya risklərinin azaldılmasıdır” – deyə Tonoyan bildirib.

Erməni KİV-ləri yazır ki, Tonoyan qanun pozuntularından agah olsa da, müdafiə naziri postunu itirməmək üçün ordudakı irimiqyaslı korrupsiya cinayətindən özünü uzaq tutmağa çalışır. Bunun üçün ən yaxşı variant özünü “xəbərsiz” kimi göstərməkdir. Erməni mediası bir məsələni xüsusilə vurğulayıb. Belə ki, Tonoyan bundan sonrakı əsas vəzifə kimi müdafiə nazirliyindəki korrupsiyanın ümumiyyətlə tam aradan qaldırılması yox, bir qədər azaldılmasını qeyd edib. Yəni Ermənistan ordusunda korrupsiyanın kökünü kəsmək mümkün olmayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 2333