“NATO BMT-yə yardım etməyə hazırdır” - Yens Stoltenberq


20:52     29 Sentyabr 2015 54ccd9d8a6da3_200477_1_RTR4NKJY_big.jpg

“NATO tərəfdaşlarının üzləşdikləri təhlükəsizlik problemləri ilə daha yaxşı bacarmaq üçün çox işlər görür. Bu əməkdaşlıq alyansın dünyadakı böhranların həllində vacib rol oynayır”.


Bu sözləri NATO baş katibi Yens Stoltenberq BMT-nin Sülhyaratma sammitində çıxış zamanı deyib.

Y. Stoltenberq həmçinin NATO-nun BMT-yə xüsusi partlayıcı qurğuların geniş yayıldığı ərazilərdə yardım etməyə hazır olduğunu bildirib.

“Hazırda güclü və effektiv BMT-yə olan ehtiyac 70 ildən əvvəlkindən da çoxdur”, - deyə NATO baş katibi vurğulayıb.

Qeyd edək ki, Y. Stoltenberq BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində BMT baş katibi Pan Gi Mun , Ərəb Ölkələri Liqasının baş katibi Nabil Elarabi də daxil olmaqla, bir sıra ölkələrin rəhbərləri ilə görüşüb.

Açar sözlər:

Oxunub: 606


Oxşar xəbərlər