"Son zəng" günü ölüm - Tovuzda


18:37     14 İyun 2018 sonzeng.jpg


Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

Rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş./APA

Femida.az

Açar sözlər: #Tovuz   #son_zəng   #ölüm  

Oxunub: 10929