Sumqayıtda avtomobil aşdı - Yaralılar var


19:21     14 İyun 2018

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan 99-GR -620 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişini ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Sumqayıt   #avtomobil   #aşıb  

Oxunub: 1616