Bayramda banklar gücləndirilmiş iş rejimində çalışacaq


19:27     14 İyun 2018 bank18iyul2.jpg

Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq 15-19 iyun tarixlərində Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.


Palatadan Femida.az-a verilən məlumata görə, bayram günləri ərzində ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat faydalana bilmələri üçün 22 bankın 57 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bankların Bakı şəhərində yerləşən 8 filial və şöbəsi isə 24 saat çalışacaq.

Palatanın əməkdaşlarından ibarət olan xüsusi monitorinq qrupu bayram günlərində, həmçinin fəaliyyət göstərərək yarana biləcək hər hansı problemlə əlaqədar ölkə vətəndaşlarının və qonaqların müraciətlərini qəbul edəcək.

Əlaqələndirici şəxs: Azər İsgəndərov

E-mail: [email protected]

Mob: (+994) 55 500 82 22

Femida.az

Açar sözlər:

Oxunub: 1892