Azərbaycan ordusu vahiməli silahını önə çıxardı -FOTOLAR


20:23     14 İyun 2018 18_06_14_1528979090.jpg

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib. Atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.




Açar sözlər: #Ordu   #Silah   #Azərbaycan  

Oxunub: 12204