Ali məktəbə ərizə qəbulunun vaxtı uzadılıb


20:49     14 İyun 2018 dim%20tqdk.jpg

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.


Dövlət İmtahan Mərkəzindən (DİM) Femida.az-a verilən məlumata görə, abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər. Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulu bu gün 23.59-də başa çatırdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1653