Baxçada uşaqları döyən tərbiyəçi HƏBS EDİLDİ
22:30 14 İyun 2018
Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi barəsində həbs qətimkan tədbiri seçilib.
Femida.az xəbər verir ki, bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, Füruzə Tağıyeva Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.
Femida.az
Oxunub: 4370
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb