33 yaşlı kişi məktəbli qıza elçi getdi - "Yox" cavabı aldığı üçün qızı qaçırdı


00:44     15 İyun 2018 qizqacirmaqacir.jpg

Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb.


Femida.az milli.az-a istinadən xəbər verir ki, iyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

Korarx kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, qızı oğurlayan şəxs qonşularıdır. R.Xəlilov C.Abdullayevanı ailə qurmaq məqsədilə qaçırıb.

Sakinlər deyir ki, hadisə 2-3 gün əvvəl baş verib: "Qız hələ 11-ci sinifdə oxuyur, 17 yaşı bu ay tamam olacaq. Onu qaçıran R.Xəlilov isə 1985-ci il təvəllüdlüdür. O, C.Abdullayeva ilə ailə qurmaq üçün elçi düşsə də, qız və ailəsi razı olmayıb. Ondan sonra qızı qaçırmaq qərarı verib. Ailəsinin şikayəti əsasında o, kənd ərazisində saxlanılıb. Qız ailəsinə təhvil verilib".

Maqsud Mustafayev isə kənd sakini deyil. O, qızı qaçırtmaqda R.Xəlilova köməklik edib.

R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #Ağdaş   #qız  

Oxunub: 4909