Azərbaycandan Türkiyəyə iki dəfə tez çatacaqsınız - 2 milyardlıq layihə


01:41     15 İyun 2018 yol12323.jpg

Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" nəzarət-buraxılış məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki "Sarpi" nəzarət-buraxılış məntəqəsinədək məsafə 4 saatadək azalacaq.


Femida.az Trend-ə istinadən bildirir ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ölkənin qərbi ilə şərqini əlaqələndirən Rikot aşırımında yol tikintisi üçün tender elan edib.

Qeyd olunur ki, bu layihə üçün ümumilikdə 2 milyard dollara yaxın vəsait sərf olunacaq.

Nazirlik rəsmisi bildirib ki, infrastruktur layihələri nəticəsində "Qırmızı körpü"dən "Sarpi"yədək olan yol 7-8 saatdan 4-4,5 saatadək azalacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 9243