Usubov polisləri ağır cəzalandırdı - Müğənniyə görə
03:17 15 İyun 2018
Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb.
Femida.az lent.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovniki Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili, polis mayoru Oruc Mirzəyev barəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb. Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib.
Qeyd edək ki, R. Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.
Femida.az
Oxunub: 2932
Oxşar xəbərlər
- Polisin sinəsinə yerlədirilmiş kameraya düşən əməliyyatın ŞOK GÖRÜNTÜLƏRİ - VİDEO
- Bakıda polisin oteldə tutduğu qadın görün kimdir - DETALLAR
- Polis ”Kubinka”da əməliyyat keçirib, 8 saxlanılıb
- Yol polisi sürücülərə çağırış edib
- DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"
- DYP: "Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır"
- DİN-də polis mayoruna yüksək vəzifə verilib
- DİN Ağsu sakininin polis zorakılığına məruz qalması barədə iddialara münasibət bildirib
- Sumqayıtda sabiq polis əməkdaşı intihar edib
- Bakıda polis əməliyyat keçirib, 1 kq-dan çox heroin aşkar edilib