Dünən 120 cinayət törədilib - 31 nəfər saxlanılıb


17:24     15 İyun 2018 bakida%20silsile%20cinayetler.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 120 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2770