Miqrasiya xidməti əcnəbilər üçün bayram süfrəsi açdı - FOTO


20:46     15 İyun 2018 18_06_15_1529065673.jpg

Femida.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Ramazan bayramı münasibətilə süfrə açılıb. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu müqəddəs ayda tutulan orucların, edilən duaların Tanrı dərgahında qəbul olunması arzulanıb.

Bayram tədbirində Mərkəzin rəisi Taleh İbrahimov bildirib ki, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmaları, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları daim diqqət mərkəzində saxlanılır, onlara hər zaman qayğı göstərilir. Təşkil edilən bu bayram süfrəsi də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə multikultural və tolerant prinsiplərə yüksək qiymət verən dövlətimizin qayğısının nümunəsidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.





Femida.az

Açar sözlər: #bayram   #DMX   #Miqrasiya  

Oxunub: 2950