Ordumuzun cəbhədəki təlimi uğurla başa çatdı
21:21 15 İyun 2018
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq cəbhəboyu zonada yerləşən hərbi birliyin birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən təlim başa çatıb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimlərə 2.000 nəfərədək şəxsi heyət, 60-dək tank və digər zirehli texnika, 250-dək təkərli və xüsusi texnika, 70-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan cəlb olunub.
Qoşunların hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb və cəmləşmə rayonlarına çıxarılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.
Təlimin əməliyyat şəraitinə uyğun olaraq qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması və müdafiənin əlverişli hədlər üzrə bərpa olunması tapşırıqlarını yerinə yetiriblər.
Təlimlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.
Femida.az
Oxunub: 2893
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir