Ermənilər Qazaxda dinc sakini yaraladı


22:38     15 İyun 2018 18_06_15_1529073730.jpg

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb.

Femida.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G. Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3011