Goranboyda iki yeniyetmə kanalda batıb


23:47     15 İyun 2018 18_06_15_1529075384.jpg

Goranboyda iki yeniyetmə kanalda batıb.


APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Dəliməmmədli qəsəbəsindən keçən su kanalına girən 13-14 yaşlı iki oğlan boğulub.

Hadisə yerinə xilasedicilər cəlb olunub, yeniyetmələrin meyiti sudan çıxarılaraq, ailələrinə təhvil verilib.

Kanalda batan yeniyetmələr Dəliməmmədli qəsəbə sakinləri Vəliyev Bayram Taleh oğlu və Bayramov Məhəmməd Elçin oğludur. Onlar evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıblar. Xoylu kəndində kanalda çimmək istəyərkən boğulublar.

Açar sözlər:

Oxunub: 1699