Sabiq bank əməkdaşının apellyasiya şikayəti təmin edilməyib


00:11     16 İyun 2018 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Qurbanovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az -ın xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Qurbanovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, V.Qurbanova vətəndaşdan 156 min manat alaraq qarşılığında ona aşağı kursla dollar verəcəyini vəd edib.

O, Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

V.Qurbanova sabiq bank əməkdaşıdır.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun himayəsində azyaşlı övladı olduğundan hökmün icrası övladının 14 yaşı tamam olanadək təxirə salınıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 2839