Amerikalı hərbçi ilə azərbaycanlılar arasında dava olub


00:38     16 İyun 2018 18_06_15_1529076642.jpg

Litvada amerikalı hərbçi Azərbaycan vətəndaşları ilə dava edib.

Femida.az -ın TASS-a istinadla verdiyi xəbərə görə, insident Kaunas şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Məlumata görə, dava gecə saat 2 radələrində mülki geyimdə olan amerikalı hərbçi ilə iki azərbaycanlı arasında olub. İnsidentin iştirakçıları sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2175