4 hektar biçilmiş taxıl sahəsi yanıb


01:12     16 İyun 2018 18_06_15_1529078421.jpg

Samuxda yanğın hadisəsi qeydə alınıb.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Samux rayonunun Sərkar kəndində 4 ha biçilmiş taxıl sahəsi və əraziyə yığılmış 16,5 ton ot bağlamasının 6 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1772