Sarkisyan həbs oluna bilər


18:56     16 İyun 2018 sarkisyan8.jpg


Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyan həbs edilə bilər.

O, 400 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Bununla bağlı hökumət dairələrində gedən müzakirələrin kənara sızdığı və Sərkisyanın ayrı-ayrı dövrlərdə müxtəlif yollarla külli miqdarda vəsaiti xarici dövlətlərə yönəltdiyinə dair faktların ələ keçdiyini bildirirlər.

Keçmiş prezidentin bununla bağlı yaxın günlərdə istintaqa çağrılacağı iddia edilir.

Serj Sərkisyanın dövlət vəsaitlərini hansı yollarla Ermənistandan çıxardığına dair faktlar açıqlanmasa da, bunun ayrı-ayrı şəxslər vasitəsilə edildiyi artıq təsdiq edilib. Buna görə də Sərkisyanın “korrpusiya komandası”nda təmsil olunan yüksək rütbəli şəxslərin saxlanıldığı, lakin bunun hələlik ictimaiyyətdən gizlədildiyi bildirilir.

Onun bu vəsaitlərin bir qismini Avropadakı offşor zonalara və Rusiyaya yönəltdiyi ehtimal olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 4333