Sizə gülürəm, zavallı erməni bicləri - Mübariz Mənsimovdan SƏRT ÇIXIŞ

"Sizə gülürəm, zavallı erməni bicləri" - Mübariz Mənsimovdan SƏRT ÇIXIŞ

22:12     16 İyun 2018 18_06_16_1529158897.jpg


"Quduz itlər qudurdular sahibləri kontrolu itirib deyəsən. Mən gülürəm sizə. Zavallı erməni bicləri. Mövzuları bitdi, indi ləkələmək üçün ən ucuz, ən düşük üsula əl atırlar".

Femida.az xəbər verir ki, bu sözləri azərbaycanlı iş adamı, "Palmali Group"un prezidenti Mübariz Mənsimov öz "facebook" səhifəsində paylaşıb. İş adamının paylaşdığı fikirləri təqdim edirik:

"Ey ucuz adamlar!

Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də Mübariz Mənsimovun bir Azərbaycan sevdalısı olmasını danmaq ancaq sizin kimi gerizəkalı insanların yanaşması ola bilər.Biz bu günə qədər 20 minə yaxın tələbini oxudub, minlərlə insanın Türkiyə və başqa Avropa ölkələrində sağlamlığı üçün öz köməyimizi göstərmişik. Bunları edərkən, insanların milli kimliyini soruşmamışıq. Mən nə hansısa etnik maraqları təbliğ edən KİV-i, nə orada danışanları tanımıram.

Mübariz Mənsimov olaraq, mənim üçün tək bir Azərbaycan dövləti və xalqı var. Bizi separatçılıqda ittiham etməyə çalıan bu adamlar görünür, "Palmali Group”a məxsus gəmilərdə şəhidlərimizin, milli qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin adını daşıdığını görməzdən gəlib.

6 ildir ki, "Palmali Group”un iflas etdiyini yazdıranlar və yazanların da bu arzusu da gözündə qalıb.

Mən hər zaman özümü bu dövlətin əsgəri hesab etmişəm. Bu cür qərəz və böhtan kampaniyalarına baxmayaraq, Vətənimi, onun insanlarını sevməyə davam edəcəm. Məni tanıyan hər kəs bilir ki, azərbaycanlı olmağımla hər zaman fəxr etmişəm".

Qeyd edək ki, bəzi KİV orqanları M.Mənsimovu Azərbaycana xəyanət etməkdə, separatizmə dəstək verməkdə ittiham edir və onun şirkətinin iflasda olduğunu qeyd edirdilər.

Açar sözlər: #Mübariz_Mənsimov   #palmali   #Türkiye  

Oxunub: 19012