Abşeronda avtomobil qadını vuraraq öldürdü


22:32     16 İyun 2018 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg


İyunun 15-də saat 2 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Elməddin Hadıyev idarə etdiyi “Tavriya” markalı avtomobillə yolu keçən Susanna Məmmədovanı vurub.

Femida.az DİN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN   #qadın   #piyada  

Oxunub: 1709