Gəncə sakinini döyüb, pulunu aldılar


22:55     16 İyun 2018 18_06_16_1529160993.jpg


Gəncə sakini döyərək pulunu alan şəxslər saxlanılıb.

Femida.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyunun 13-də Gəncə şəhəri ərazisində naməlum 3 nəfər şəhər sakini Ceyhun Çıldırlını döyüb 170 manat pulunu və mobil telefonunu almınıb.

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Vüsal Məmmədov, Ramazan Allahverdiyev və Samux rayon sakini Röyal Səfərov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1950