Qoşqar Təhməzli regional mərkəzlərə baxış keçirib


23:09     16 İyun 2018 2018/06/2_1529162262.jpg

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Agentliyin Quba və Xaçmazda fəaliyyət göstərəcək Regional mərkəzlərinə, Qusarda isə yerli bölmənin iş şəraitinə baxış keçirib.


Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Femida.az-a verilən məlumata görə, Quba Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası ilə tanış olan Agentlik sədri aparılan laborator müayinələr, onların nəticələrinin qorunması və bununla bağlı vahid elektron bazanın yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra Q. Təhməzli Quba "ASAN xidmət" mərkəzində qida məhsulları sahəsində fəaliyyət göstərən yerli sahibkarlıq subyektlərinin qeydiyyata alınması prosesinin həyata keçiriləcəyi bölməyə baxış keçirib.

Quba Rayon İcra Hakimiyyətinin inzibati binasında sakinlərlə görüşən Q. Təhməzli vətəndaşların müraciətlərini, arzu və təkliflərini dinləyib.

Agentlik sədri Xaçmaz şəhərində fəaliyyət göstərəcək Regional Mərkəzin, Xaçmaz yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasının və digər inzibati bölmələrin iş şəraitinə yerində baxış keçirib.

Femida.az

Açar sözlər:

Oxunub: 3716