Qubada güclü sel maşını dərəyə aşırdı - FOTOLAR


23:20     16 İyun 2018 astara%20leysan.jpg

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.

Femida.aznAPA-ya istinadən xəbər verir ki, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.





Femida.az

Açar sözlər: Quba   Xınalıq   Mersedes  

Oxunub: 3110