Namizədlərin sayı 427 olub


22:21     29 Sentyabr 2015 milli%20mec9.jpg

Noyabrın 1-də Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədliyi irəli sürülənlərin sayı 1753 nəfərə çatıb.


Femida.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. İndiyə qədər 427 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınanlardan 165 nəfərin namizədliyi 14 siyasi partiya tərəfindən, 2 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülüb, 258 nəfərin namizədliyi fərdi qaydada, qalanların namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Açar sözlər:

Oxunub: 468