3 evdən oğurluq edən şəxs saxlanılıb


00:25     17 İyun 2018 ogru%20n9.jpg

Oğurluq etdiyinə görə tutulmuş H.Dadaşovun Hökməli qəsəbəsi ərazisindəki 3 evdən də oğurluq törətməsi müəyyən edilib.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Heybət Dadaşovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-may ayları ərzində Hökməli qəsəbəsi ərazisindəki 3 evdən 5000 manat dəyərində qızıl əşyalar, kombi aparatı və təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1961