Heydər Əliyev Fondundan Qardabaniyə hədiyyə - FOTO


00:38     17 İyun 2018 2018/06/qaradabani-masin2_4587491358.jpg

Heydər Əliyev Fondu, SOCAR və Gürcüstanda fəaliyyət göstərən digər Azərbaycan şirkətləri Gürcüstanda bir sıra layihələr həyata keçirir, məktəblər, mədəniyyət ocaqları tikirlər.


Heydər Əliyev Fondu bu gün soydaşlarımızın yığcam yaşadıqları Qardabani rayonuna bütün lazımi texniki avadanlıqla təchiz edilmiş təcili tibbi yardım avtomobili hədiyyə edir. Bütün bunlar Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlılara diqqət və qayğısının göstəricisidir.

Femida.az xəbər verir ki, bu fikirlər, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstanın Qardabani rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə səslənib.

F.Muradov görüşdə Heydər Əliyev Fondunun Qardabani rayonuna hədiyyə etdiyi təcili-tibbi yardım avtomobilini rayon ictimaiyyətinə təqdim edib.



Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti adından ictimaiyyət nümayəndələrini Ramazan bayramı və Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Azərbaycan-Gürcüstan əlaqələrindən danışan F.Muradov ölkəmizin bu əlaqələrin inkişafında maraqli olduğunu, Prezident İlham Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərdiyini bildirib. O, eyni zamanda, soydaşlarımıza Birinci vitse-prezident xanım Mehriban Əliyevanın salamlarını və xoş arzularını çatdırıb.

SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov şirkətin bu ölkədə həyata keçirdiyi layihələr və gələcək planları barədə ətraflı məlumat verib.



Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, səhiyyə nazirinin müavini Aftandil Talakvadze, Qardabani rayonunun meri Ramaz Budaqaşvili və gürcü ictimaiyyətinin nümayəndəliyi dəyərli hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarliq ediblər.

Qeyd edək ki, ötən gün Heydər Əliyev Fondu Gürcüstanda azərbaycanlıların kompakt məskunlaşdığı Bolnisi rayonununa təcili tibbi yardım maşını hədiyyə edib.

Femida.az

Açar sözlər: #Fond   #SOCAR   #Gürcüstan  

Oxunub: 2479